MAQATE-nin baş direktoru Rafael Qrossinin rəhbərlik etdiyi missiya sabah, avqustun 27-də Rusiyadakı Kursk atom elektrik stansiyasına səfər edəcək.
Qaynarinfo xəbər verir ki, Qrossi bu barədə bazar ertəsi, avqustun 26-da X sosial şəbəkəsində məlumat
verib.
Qrossi qeyd edib ki, obyekt ətrafındakı vəziyyət "ciddi narahatlıq yaradır”.
"Vəziyyətin ciddiliyini nəzərə alaraq, mən şəxsən MAQATE-nin Kursk AES-ə missiyasına rəhbərlik edirəm. Bütün nüvə obyektlərinin təhlükəsizliyi və müdafiəsi agentlik üçün əsas məsələdir”, - MAQATE-nin baş direktoru bəyanatında bildirib.
Qrossi həmçinin qeyd edib ki, "vəziyyəti öz gözlərimizlə görmək çox vacibdir” və "Kursk AES-də təhlükəsizlik şəraitinin qiymətləndirilməsi” üçün gələcək addımları müzakirə edək.
Xatırladaq ki, avqustun 2-də Rusiya prezidenti Vladimir Putin Ukrayna Silahlı Qüvvələri Kursk AES-ə hücum etməyə cəhd etdiyini bildirib.
Putin MAQATE-nin "məlumatlandırıldığını” iddia edib və agentlik "vəziyyəti qiymətləndirmək üçün mütəxəssislər göndərəcəyinə” söz verib.
Həmin gün "Bloomberg” yazıb ki, Qrossi yaxın bir neçə gün ərzində Kursk AES-ə baş çəkməyi, daha sonra Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıqlar aparmaq üçün Kiyevə getməyi planlaşdırır.
Nizami Bağırov
Şərhlər