Xəbər lenti

MAQATE rəhbəri Zaporojye AES-ə fiziki ziyan dəydiyini açıqladı
Dünya 19:04 02.09.2022

MAQATE rəhbəri Zaporojye AES-ə fiziki ziyan dəydiyini açıqladı

Rusiya qoşunlarının nəzarətində olan Ukrayna ərazisində yerləşən Zaporojye Atom Elektrik Stansiyasının fiziki bütövlüyü dəfələrlə pozulub, atəşə tutulması nəticəsində zavodun binaları zədələnib.

Qaynarinfo Rosbalt-a istinadla xəbər verir ki, bunu bu gün Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbəri Rafael Qrossi MAQATE nümayəndə heyətinin AES-ə səfərindən sonra deyib.

Onun sözlərinə görə, "aydındır ki, stansiya və onun fiziki bütövlüyü bir neçə dəfə pozulub, bizdə bunun təsadüfən və ya qəsdən edilməsiylə bağlı qiymətləndirmə aparmaq üçün lazımi elementlər yoxdur”.

Qrossi qeyd edib ki, ZAES-ə səfəri zamanı o, bütün obyekti yoxlaya bilib. O, blokların içərisinə girib, qəza sistemlərinə və dizel generatorlarına baxış keçirib, stansiya işçiləri, eləcə də Enerqodar sakinləri ilə söhbət edib.

MAQATE rəhbəri "vəziyyət daha sabit və proqnozlaşdırıla bilənə qədər zavodun təhlükəsizliyinə görə” narahat olacağını açıq şəkildə bildirib.

Bu arada, İnterfaks-ın məlumatına görə, Moskvada keçirilən konfrans zamanı Rusiyanın müdafiə naziri Sergey Şoyqu əmin edib ki, Rusiya Zaporojye AES-in ərazisinə ağır silahlar yerləşdirməyib və Rusiya hərbçiləri AES-in təhlükəsizliyini təmin etmək üçün lazım olan hər şeyi edir. 

O, Ukrayna hakimiyyətinin mühüm enerji obyektlərinin arxasında gizlənən rus qoşunlarının Ukrayna Silahlı Qüvvələrini uzaqmənzilli artilleriya sistemlərindən atəşə tutması ilə bağlı ittihamlarını yalan adlandırıb.

Bundan əlavə, Rusiya Müdafiə Nazirliyinin rəhbəri xəbərdarlıq edib ki, Ukraynanın Zaporojye AES-ə endirdiyi zərbələr Avropada real fəlakət təhlükəsi yaradır, əslində bu, nüvə terrorizmidir, - RİA Novosti qeyd edib.

Şoyqu əlavə edib ki, Rusiya MAQATE missiyasının nəticələrinin dünya ictimaiyyətinin diqqətinə çatdırılacağına ümid edir. Bununla belə, onun sözlərinə görə, ABŞ və Avropa İttifaqı stansiya ətrafındakı vəziyyəti bilərəkdən susqun qalır və bununla da Ukraynanın ehtiyatsız hərəkətlərinə şərait yaradır.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->