Xəbər lenti

MAQATE rəhbərindən Medvedevin nüvə müharibəsi təhdidinə reaksiya
Dünya 18:59 20.01.2023

MAQATE rəhbərindən Medvedevin nüvə müharibəsi təhdidinə reaksiya

"Nüvə müharibəsində qalib ola bilməz”. 

Qaynarinfo xəbər verir ki, bu haqda Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbəri Rafael Qrossi Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin bəyanatını Fox News telekanalına şərh edərkən deyib.

Qrossi vurğulayıb ki, o, "heç bir ölkənin yüksək rütbəli rəsmilərinin şərhlərini mühakimə etmir”, lakin bütün hallarda nüvə müharibəsini qəbuledilməz hesab edir. "Bundan qaçmağın yollarından biri nüvə hadisələrinin qarşısını almaqdır. Təbii ki, ümid edirəm, bu münaqişədə nüvə silahından istifadə edilməyəcək”, - o əlavə edib.

Bundan əvvəl ABŞ Dövlət Departamenti Medvedevin sözlərinə oxşar bəyanatla reaksiya vermiş, departamentin sözçüsü müavini Vedant Patel nüvə problemi ilə bağlı "təxribatçı ritorika”nı "təkcə təhlükəli deyil, həm də ehtiyatsızlıq” adlandırmışdı.

Xatırladaq ki, bir gün əvvəl Dmitri Medvedev özünün Teleqram kanalında Qərbin Rusiyanın Ukraynada məğlubiyyətinə nail olmaq istəyinin nüvə müharibəsinin təhrik edilməsi də daxil olmaqla, düzəlməz nəticələrə gətirib çıxara biləcəyini yazmışdı.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->