Aparıcı Lalə Azərtaş ötən gün vəfat edən Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun anası Dursun Qasımova ilə bağlı paylaşım edib.
Aparıcı Dursun xanımın ölümündən bir neçə saat əvvəl onunla görüşüdüyünü bildirib:
"Həyat çox qəribədir. Təxminən 3 saat qabaq Milli Qəhrəman Natiq Qasımovun evində idik. Anası Dursun xanımı görməyə getmişdik. Anası dedi ki, qadan alım Lalə, Natiqlə görüşə gedirəm. Cavab verdim ki, "Haraya gedirsən, hələ bizə çox lazımsan". Bakıya çatan kimi eşitdim ki, ana gedib Natiqlə görüşə. Allah ona qəni-qəni rəhmət eləsin. Möhkəm qadın, gözəl ana. İndi hamımızın borcudur onunla son görüşə getmək.
Gəncədə Səbiskar qəbiristanlığında dəfn ediləcək. Ümid edirəm ki, çox adam ana ilə vidalaşmağa gələcək. Çox təəssüf edirəm ki, bizim vidalaşmaq başqa cür oldu. Amma həyat... O cür oğul bəxş edən ana bizim üçün müqəddəsdir. Kaş ki, əlimizdən bir şey gələ bilsəydi".//Axşam.az
Şərhlər