Xəbər lenti

Mərhum prorektorun yaxınları keçmiş rektorun həbsini tələb edir
Ölkə 15:56 28.10.2023

Mərhum prorektorun yaxınları keçmiş rektorun həbsini tələb edir

2011-ci il sentyabrın 16-da Təfəkkür Universitetinin qətlə yetirilən prorektoru və həmtəsisçilərindən biri olan professor Tariyel Əhmədovun ailəsi ölkə rəhbərliyinə müracət edib.

Qaynarinfo xəbər verir ki, mərhumun yaxınların cinayət işinin obyektiv araşdırılmasını istəyir. 

Tariyel Əhmədovun ailə üzvlər bu olayda universitetin rektoru olmuş Müşfiq Atakişiyevin adını hallandırır və onun məsuliyyəyə cəlb olunmasını tələb edirlər. 

Müraciətdə iddia olunur ki, qətlin sifarişçisi Müşfiq Atakişiyevdir. Ötən dəfəki müraciətdə bu məqam xüsusi vurğulanıb. 

Tariyel Əhmədovun ailə üzvləri bildirir ki, Müşfiq Atakişiyev qətlin icraçısı Dəyanət Quliyevin dayısıdır. Bu fakt onlarda keçmiş rektorun qətlin sifarişçisi olduğu barədə qənaətə səbəb olub. 

Tariyel Əhmədov 2011-ci il sentyabrın 16-da yaşadığı evin yaxınlığında qətlə yetirlib. 

Bu ilin aprelində onun qətlə yetiməkdə təqsirləndirilən Dəyanət Quliyev Baş Prokurorluq və DİN əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupunun keçirdiyi tədbirlər nəricəsində saxlanılıb.

Baş Prokurorluq və DİN-nin yaydığı birgə məlumatda bildirilir: 

"Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən cinayət işi yenidən öyrənildikdən sonra iş üzrə icraat təzələnib. Həyata keçirilmiş çoxsaylı intensiv istintaq-əməliyyat tədbirləri nəticəsində əldə edilmiş sübutlarla 1977-ci il təvəllüdlü Dəyanət Quliyevin tamah məqsədi ilə Tariyel Əhmədova küt alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Dəyanət Quliyev iş üzrə cari il aprelin 27-də Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib”.

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->