
Türkiyənin Antalya əyalətinin Kumluca rayonunda və Çanakkala əyalətinin Yenicə dairəsində meşələr yanır.
Trend Anadolu agentliyinə istinadən bu barədə məlumat verir.
Yanğınların söndürülməsinə 15 yanğınsöndürən maşın, 4 yanğınsöndürən təyyarə və 3 vertolyot cəlb olunub. Yanğının səbəbi hələ ki məlum deyil, məlumatda deyilir.