Xəbər lenti

Məşhur aktyor Əlcəzair vətəndaşı olacaq
Dünya05:50 17.06.2013

Məşhur aktyor Əlcəzair vətəndaşı olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tanınmış fransız akrtyoru Jerar Depardye daha 6 ölkənin vətəndaşlığını almaq istəyir.

ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, aktyor ümumilikdə yeddi ölkənin vətəndaşı olmaq niyyətindədir.

Artıq Rusiya pasportunu daşıyan Depardye bu yaxınlarda Əlcəzair vətəndaşlığını almaq üçün müraciət edəcək.

Özünü dünya vətəndaşı adlandıran Depardye hazırda təkcə Fransada və Rusiyada deyil, həm də Belçikada və ABŞ-da yaşayır. O, Fransanı 2012-ci ildə milyonçularla bağlı vergilər artırıldığına görə tərk edib.

Qaynar.info