Xəbər lenti

Məşhur argentinalı hücumçu baş hakimi niyə söyüb?
İdman 17:51 06.05.2023

Məşhur argentinalı hücumçu baş hakimi niyə söyüb?

Argentina millisinin və "Mançester Siti"nin sabiq futbolçusu, ürəyindəki problemlər üzündən karyerasını 33 yaşında bitirən Serxio Aqüero söyüş söyməkdə ittiham olunur.

Qaynarinfo-nun məlumatına görə, aprelin 16-da Argentina çempionatında baş tutan "İndependyente" ilə "Rasinq" arasında keçirilən derbi matçında hakimin "İndependiyente"nin qapısına penalti təyin etməsindən sonra keçmiş futbolçu əsəblərini cilovlaya bilməyib. Karyerasına məhz "İndependyente”də başlamış məşhur argentinalı hücumçu bu qərardan qəzəblənib və "Twitch"in canlı yayımında baş hakimi söyüb. 

"AS"ın xəbərinə görə, futbolçu İdman Zorakılığının Qarşısının Alınması Agentliyi tərəfindən istintaqa cəlb edilib. Agentliyin prezidenti Eduardo Aparisio təhqirlərin mətbuatda öz əksini tapdığını bildirib. 

Aguero ittihamlara açıq şəkildə cavab verməyib və onun şərhlərinə görə hər hansı cinayət tədbirinin görülüb-görülməyəcəyi hələ məlum deyil.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->