Xəbər lenti

Məsiyev Avropa çempionatının final mərhələsində
İdman12:27 16.05.2023

Məsiyev Avropa çempionatının final mərhələsində

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
FIFA referisi Elçin Məsiyev beynəlxalq oyuna təyinat alıb.
Qaynarinfo-nun məlumatına görə, o, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunan Avropa çempionatının final mərhələsi çərçivəsində mayın 17-də keçiriləcək Şotlandiya - Fransa qarşılaşmasının baş hakimi olacaq. Ona Elşad Abdullayev və yunanıstanlı yan xətt hakimi Konstandinos Psarris kömək edəcəklər.
UEFA U-17 Avropa çempionatının final mərhələsi 17 may-2 iyun tarixləri arasında Macarıstanda keçiriləcək.
Səbuhi Həsənov