Xəbər lenti

Metan qazından zəhərlənərək şəhid olan türk hərbçilərinin sayı 12-yə çatdı (YENİLƏNİB)
Dünya09:24 07.07.2025

Metan qazından zəhərlənərək şəhid olan türk hərbçilərinin sayı 12-yə çatdı (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Pəncə-Kilid Hərakat bölgəsindəki bir mağarada axtarış aparan zaman metan qazından zəhərlənən Türkiyə Silahlı Qüvvələrininin əsgərlərindən 12-si şəhid olub.
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"6 iyulda Pəncə-Kilid Hərakat bölgəsində terror təşkilatı mənsubları tərəfindən istifadə olunan bir mağarada aparılan axtarış zamanı metan qazından zəhərlənən daha 4 qəhrəman silahdaşımız şəhid olub, şəhid sayı 12-yə yüksəlib", deyə açıqlamada qeyd edilib.
09.24
İraqın şimalında mağarada əməliyyat-axtarış tədbirləri zamanı metan qazından zəhərlənərək şəhid olan Türkiyə hərbçilərinin sayı 8-ə çatıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, dünən İraqın şimalında mağarada axtarış tədbirləri zamanı 19 hərbçi zəhərlənib.