Xəbər lenti

Milyarder oyunları: Mask Zükerberqlə yenidən döyüşmək istəyir
Dünya 19:35 25.07.2024

Milyarder oyunları: Mask Zükerberqlə yenidən döyüşmək istəyir

"Tesla”nın CEO-su İlon Mask yenidən "Meta”nın baş direktoru Mark Zükerberqlə döyüş perspektivini gündəmə gətirib.

Qaynarinfo bu barədə NV-yə istinadla xəbər verir.

İsrailin baş naziri Benyamin Netanyahu bu həftə Konqresdə çıxış edib. Bu zaman milyarder İlon Mask Kapitoliyə gəlib. O, çıxışından sonra Kapitolidən çıxarkən müxbir ondan milyarder yoldaşı ilə döyüşmək planları barədə soruşub. "Jalopnik”ə görə, Mask gülümsəyərək kameraya çevrilib və döyüş planlarını təsdiqləyib.
"Mən Zükerberqlə istənilən yerdə, istənilən vaxt, istənilən qaydalarla döyüşəcəyəm”, - deyib.

Keçən il Mask Zükerberqi döyüşə çağırmışdı. Bu, "Meta”nın Maskın aldığı "Twitter” ilə rəqabət aparacaq yeni sosial şəbəkə yaratmağa hazırlaşdığı məlum olduqdan sonra baş vermişdi.

Maskın anası Mey Mask ona Zükerberqlə qəfəsdə döyüşməyi qadağan etmişdi, lakin o, anasına qulaq asmayaraq döyüşə hazırlaşmağa başlamışdı. Mask keçmiş UFC çempionu Georges St-Pierre ilə, Zükerberq isə UFC çempionları İsrail Adesanya və Aleksander Volkanovski ilə məşq edib. UFC prezidenti Dana White Mask-Zükerberq döyüşünün bir milyard dollar qazanc gətirə biləcəyini söyləyib.

Daha sonra Zükerberq Maskı avqustun 26-da döyüşə dəvət edib, o isə cavab verib ki, səhhətində problemlər olduğu üçün təklif olunan gündə rinqə çıxa bilib-bilməyəcəyi hələ məlum deyil. Kolizeydə keçirilməsi nəzərdə tutulan görüş baş tutmayıb.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->