Xəbər lenti

Moskvada ərəb iş adamının villasından 30 milyonluq oğurluq edildi
Dünya 21:45 02.02.2025

Moskvada ərəb iş adamının villasından 30 milyonluq oğurluq edildi

Rublevkada (Moskva vilayəti) naməlum şəxslər Səudiyyə Ərəbistanı vətəndaşının villasını qarət ediblər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.

Məlumata görə, ərəb iş admımın arvadı Rublevkadakı villanı satırmış. Cütlük əmlak üçün 400 milyon rubl (təxminən 6,9 milyon manat) almağı planlaşdırırmış. Bir gün naməlum şəxslər mülkə baxmağa gəliblər, özlərini potensial alıcılar kimi təqdim ediblər, onlar getdikdən sonra ərəb iş adamının 30 milyon rubl (təxminən 520 min manat) dəyərində olan saatları və zinət əşyaları yoxa çıxıb.

Məlumata görə, ev sahibləri evdə olmayanda naməlum şəxslər evdə olan qıfılları kəsərək işıqları söndürüblər. Cütlük binada dinləmə cihazlarını aşkar edən mütəxəssisləri çağırıb. Əcnəbinin həyat yoldaşının dediyinə görə, oğurluqda ərinin keçmiş sevgilisinin əli ola bilər. Qadın hesab edir ki, oğrular onun əli ilə evə girə bilər.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->