Xəbər lenti

Ölkə 16:28 19.03.2025

"Mostbet"də 15 min uduzdu, xalasının qızıllarını oğurladı

Bakıda "Mostbet" oyun platformasında 15.000 manatdan çox pul uduzan şəxs xalasının evindən oğurluq edib.

Qaynarinfo-nun məlumatına görə, hadisə Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən hündürmərtəbəli binaların birində baş verib. 

1993-cü il təvəllüdlü Seymur C. "Mostbet" mərc oyun platformasında 15 min manatdan çox pul uduzduğu üçün tanışlarına borcu yaranıb. Təqsirləndirilən şəxs borcu verə bilmədiyi üçün çıxış yolunu xalası N.C.-nın evindən oğurluq etməkdə görüb. O, gizli şəkildə xalasının cibindən evinin açarını oğurlayıb. Daha sonra N.C.-nın və ailəsinin evdə olub-olmamasını yoxlamaq üçün əvəlcə onların qapılarını döyüb. Seymur xalası qapını açdığı təqdirdə ona telefonunun enerjisinin bitməsini bəhanə etməyi planlaşdırıb. Amma qapını heç kəs açmadığından təqsirləndirilən şəxs evə oğurluğa girib və xalasına məxsus 15.733 manat dəyərində qızıl-ciynət əşyalarını oğurlayıb. 

N.C. məhkəmədə bacısı oğlunu bağışlayıb. 

Cinayət Məcəlləsinin 177.2.3-cü və 177.2.4-ci maddələri ilə təqsirləndirilən Seymur məhkəmənin qərarı ilə 3 il 6 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->