Maqazin 13:03 23.05.2022

Natiq Fərzəliyev toy günündə qızına belə sürpriz etdi (VİDEO)

Aktyor Natiq Fərzəliyevin evində toy olub.

Bu barədə Qaynarinfo-ya aktyorun özü məlumat verib.
 
Aktyor toy günündə qızına sürpriz edib:

"Qız toyu Bakıda olub. Dünən isə Yevlax rayonunda oğlan toyu oldu. Bir ata kimi qızıma sürpriz etmək istədim. Bəstəkar, Xalq artisti Sərdar Fərəcovdan xahiş elədim ki, bir mahnı yazsın. Sağ olsun, sözümü yerə salmadı, qızım üçün "Qızıma” adlı mahnı yazdı. Mahnını toyda oxudum. Bunu oxuyanda adamda qəribə hislər əmələ gəlir. Mahnı hamımızı ağlatdı”. 

Bahar Rüstəmli