Xəbər lenti

"Nefçi" mövsümün son oyununda "Sabah"a uduzdu
İdman22:25 24.05.2025

"Nefçi" mövsümün son oyununda "Sabah"a uduzdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Misli Premyer Liqasında sonuncu - XXXVI turun oyununda "Sabah" "Neftçi"yə qalib gəlib.
Qaynarinfo xəbər verir ki, "Bank Respublika Arena”dakı görüşün taleyini 1 qol həll edib.
Yeganə qolu 64-cü dəqiqədə Cesse Sekidika "ağ-qaralar"ın qapısından keçirib.
"Sabah" 48 xalla turnir cədvəlini beşinci, 43 xala malik "Neftçi" isə altıncı pillədə başa vurub.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sumqayıt" səfərdə "Səbail"i (4:1), "Qarabağ" isə "Şamaxı"nı (1:0) məğlub edib. Tura mayın 25-də yekun vurulacaq.