Xəbər lenti

İdman 17:50 10.08.2025

"Neftçi" Fransa Liqa 1-dən müdafiəçi transfer etdi

"Neftçi” növbəti transferini həyata keçirib. 

Qaynarinfo xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Mali milli komandasının sağ cinah müdafiəçisi Falaye Sako artıq "Neftçi”nin üzvüdür. Futbolçu ilə 2+1 illik müqavilə bağlanıb. 

Vətənindən başqa, Macarıstan, Belçika, Portuqaliya və Fransa liqalarında oynamış Sako son üç mövsümü Liqa 1-də "Monpelye”nin heyətində keçirib. O, Mali millisinin heyətində 42 matçda meydana çıxıb, 2 qol vurub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->