Xəbər lenti

Neymarla Pol Poqba məşhur videooyunda
İdman 13:30 28.10.2022

Neymarla Pol Poqba məşhur videooyunda

Dünyaca məşhur futbolçular Neymar və Pol Poqba videooyunda yer alacaqlar.

Qaynarinfo xəbər verir ki, Braziliya və Fransa millisinin üzvləri "Call of Duty"nin bir hissəsi olacaqlar. Onlar videooyuna oynana bilən personajlar kimi daxil edilib

"Call of Duty" dünyanın ən populyarlar oyunlardan biri olaraq qalır. Oyunun istehsalçısı "Infinity Ward"ın bu gün satışa çıxardığı seriyanın sonuncu buraxılışı - "Modern Warfare 2" - birinci şəxs atıcı və idman oyunları arasındakı boşluğu aradan qaldırmağa hesablanıb. 

Neymarla Poqba videooyun həvəskarlarının istifadə edə biləcəyi yeganə futbolçu olmaya bilər. Xarici KİV-ə sızan məlumata görə, Lionel Messi də videooyuna əlavə edilə bilər. Belədə "Modern Warfare 2"yə çılğın futbol azarkeşlərinin də  marağının artırılması düşünülür.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->