Nyu-York sakini Cessika L. Martinez rəsmi olaraq qadınlar arasında ən böyük afro saç düzümünün sahibinə çevrilib.
Qaynarinfo xəbər verir ki, bu barədə UPI.com yazıb.
Onun saç düzümünün ətrafı 190,8 sm təşkil edib və bu, əvvəlki rekordu qırmağa imkan verib. Rekordun təqdimat mərasimi Nyu-Yorkdakı bir gözəllik salonunda keçirilib və burada əvvəlki rekord sahibi Evin Dyuqas da iştirak edib. O, 2010-cu ildən rekord sahibi olub və şəxsi olaraq Martinezi bu uğuru ilə təbrik edib.
"Biz hər ikimiz özümüzü sevirik və başqalarını da öz unikallıqlarını qəbul etməyə ruhlandırmaq istəyirik. Bu yarış deyil, bu, sevgidir, deyə Evin bildirib.
Martinez açıqlayıb ki, məktəb illərinin böyük bir hissəsində saçlarını düzləşdirirmiş, lakin kollec illərində bu vərdişi tərk edib və buruq saçlarının təbii teksturasını tam qəbul etməyə qərar verib.
Yeni rekordun təsdiqi üçün üç mütəxəssisdən ibarət komanda ölçmələri mezura ilə aparıb.
"Rekordu qırdığımı öyrənəndə dərhal inanmadım. Bu inanılmaz bir hissdir və bilirəm ki, gənc yaşımda mənim bu uğurumla fəxr edərdim", deyə Cessika hisslərini bölüşüb.
Aydın
Şərhlər