Xəbər lenti

Texnologiya 18:50 08.09.2025

"OpenAI"ın 2029-cu ilə qədər xərcləmə planı: 115 milyard dollarlıq rekord

"OpenAI" 2029-cu ilə qədər xərclərinin ümumilikdə 115 milyard dollara çatacağını proqnozlaşdırır. 

Qaynarinfo xəbər verir ki, bu göstərici əvvəlki təxminlərdən təxminən 80 milyard dollar çoxdur. Şirkətin bu proqnozu investorlarla necə və nə vaxt paylaşdığı barədə isə dəqiq məlumat verilməyib.

"The Information"un xəbərinə görə, bulud serverlərinin icarə xərclərinin artması səbəbindən "OpenAI" öz məlumat mərkəzi çiplərini və infrastrukturunu hazırlamaq üzərində işləyir. Bununla şirkət həm idarəetməni gücləndirməyi, həm də uzunmüddətli dövrdə xərcləri azaltmağı hədəfləyir.

Təkcə cari ildə "OpenAI"ın xərclərinin 8 milyard dolları aşacağı gözlənilir. Bu rəqəm əvvəlki proqnozlardan təxminən 1,5 milyard dollar artıqdır.

Şirkətin ən böyük xərc maddələrindən biri hesablama gücü ilə bağlı xərclərdir. "OpenAI" 2025–2030-cu illər arasında bu istiqamətdə 150 milyard dollardan artıq vəsait ayırmağı planlaşdırır.

"The Information"un məlumatına görə, süni intellekt modellərinin hazırlanması əvvəlkindən daha baha başa gəlir. Bu isə birbaşa olaraq şirkətin kapital tələbatını artıran əsas amillərdən biri sayılır.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->