Xəbər lenti

Dünya 16:10 29.07.2026

"Oskar" mükafatı laureatı yol qəzasında həlak oldu

"Oskar" mükafatı laureatı, "The Frames" rok qrupunun solisti olan irlandiyalı musiqiçi Qlen Hansard Dublin şəhərinin ətrafında baş vermiş motosiklet qəzasında həyatını itirib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Irish Times" nəşri məlumat yayıb. Musiqiçinin 56 yaşı var idi.

Qəza yerli vaxtla saat 04:30 radələrində Lukan şəhərinin "Strawberry Beds" rayonunda baş verib. Musiqiçinin idarə etdiyi motosiklet avtomobillə toqquşub. "Reuters"in məlumatına görə, həkimlərin göstərdiyi yardıma baxmayaraq, o, hadisə yerində dünyasını dəyişib.

Qlen Hansard 1990-cı ildə "The Frames" musiqi qrupunu yaradıb. Qrupun "Fitzcarraldo", "For the Birds", "Burn the Maps" və "The Cost" albomları İrlandiyada böyük populyarlıq qazanıb. İfaçı bununla yanaşı yeddi solo albom da buraxıb.

2006-cı ildə Qlen Hansard çexiyalı pianoçu Marketa İrqlova ilə birlikdə baş rolları ifa etdikləri "Once" ("Bir dəfə") filmi üçün "Falling Slowly" mahnısını bəstələyib. Sözügedən bəstə 2008-ci ildə "Ən yaxşı orijinal mahnı" nominasiyasında "Oskar" mükafatına layiq görülüb.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->