Xəbər lenti

Oyun sənayesində böyük problem: Səbəb uğursuz layihələr yox, çoxluqdur
Dünya 21:50 27.09.2025

Oyun sənayesində böyük problem: Səbəb uğursuz layihələr yox, çoxluqdur

Oyun sənayesi hazırda ixtisarlar və durğunluq dövründən keçir. Lakin "Bloomberg" jurnalisti Ceyson Şrayyerin fikrincə, əsas problem uğursuz layihələrdə və ya iqtisadi risklərdə deyil, daha açıq şəkildə görünür: bazara həddindən artıq çox oyun çıxır.

Qaynarinfo xəbər verir ki, "SteamDB" məlumatına görə, 2024-cü ildə "Steam" platformasında 18 626 yeni layihə istifadəyə verilib. Müqayisə üçün, 2020-ci ildə bu rəqəm cəmi 9 656 idi. Dörd il ərzində oyunların sayı ikiqat artıb. Asanlaşan inkişaf vasitələri, giriş baryerinin enməsi və oyunlara artan maraq bazarı həddindən artıq yükləyib.

1980-ci illərdə yaşanan böhrandan fərqli olaraq, bu dəfə problem keyfiyyətsiz layihələrdə deyil. Əksinə, yeni buraxılan oyunların çoxu yüksək səviyyədə hazırlanıb. 2025-ci ildə artıq 120-dən çox layihə "Metacritic" platformasında 80 baldan yuxarı nəticə qazanıb. Lakin bu göstərici belə uğura zəmanət vermir. Əsl hitlər yalnız 90 və daha yuxarı bal alan az sayda oyun olur, digərləri isə minlərlə reliz arasında itib gedir.

Şrayyer bildirir ki, yüz milyonlarla dollar və illərlə əməyini tək bir layihəyə sərf edən studiyalar üçün bu cür rəqabət ciddi sınağa çevrilib. Sənaye o qədər oyunla dolub ki, hətta yüksək keyfiyyətli layihələr belə diqqət çəkməkdə çətinlik çəkir.

Xatırladaq ki, Şrayyer daha əvvəl "GTA 6"nın nəşriyyatçısının ləğv edilmiş bir "Xbox" oyununu diriltmək istədiyini, lakin "Perfect Dark" brendinə uzunmüddətli hüquqlar barədə razılaşma əldə olunmadığından layihənin reallaşmadığını yazmışdı.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->