Pakistan mediası Pakistanın Bəlucistan bölgəsində hərbi helikopterin qəzaya uğraması nəticəsində iki tanınmış general da daxil olmaqla 6 nəfərin həlak olduğunu bildirib.
Qaynarinfo bu barədə "Thenews" saytına istinadən xəbər
verir.
Məlumata görə, dünən, bazar ertəsi, bu helikopter Bəlucistanda daşqınların aradan qaldırılması üçün xüsusi əməliyyat çərçivəsində Kvettadan Kəraçiyə uçurdu.
Deyilənlərə görə, helikopter pis hava şəraiti üzündən qəzaya uğrayıb və onun qalıqları əlaqə kəsildikdən bir neçə saat sonra tapılıb.
Helikopterdə 12-ci batalyonun komandiri Sərfərar Əli və bu ərazidə yardım əməliyyatına rəhbərlik edən digər general olub.
M.Arif