Xəbər lenti

Paşinyan:
Siyasət 18:12 12.06.2024

Paşinyan: "ATƏT-in Minsk Qrupu de-fakto fəaliyyətini dayandırıb"

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, 1992-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaradılmış Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupu 2022-ci ilin fevralından sonra faktiki olaraq fəaliyyətini dayandırıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Onun sözlərinə görə, Minsk qrupu Ermənistanın siyasi leksikonunda bir növ ikonadır:

"Lakin biz başa düşürük ki, ATƏT-in Minsk Qrupunun üzvləri 2022-ci ilin fevralından sonra bir-biri ilə əlaqə saxlamayıblar".

Paşinyan bildirib ki, ATƏT-in Minsk qrupu faktiki olaraq mövcud deyil.

Həmçinin iyunun 12-də Paşinyan Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxacağını bəyan edib. O, bunu ittifaqın Ermənistanı müdafiə etməməsi ilə əsaslandırıb.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->