Xəbər lenti

Patriarx Kiril hamilə qadınlara məktib göndərəcək
Dünya 17:20 19.10.2024

Patriarx Kiril hamilə qadınlara məktib göndərəcək

Moskva və Bütün Rusiyanın Patriarxı Kiril Rusiyanın 16 regionunda antenatal klinikalarda olan hamilə qadınlara uşaq dünyaya gətirmlərinə dəstək məktubu göndərəcək. 

Qaynarinfo xəbər verir ki, bu barədə "RİA Novosti" "Salam, ana!" layihəsinin rəhbəri Natalya Moskvitinaya istinadən məlumat yayıb.

"Dövlət antenatal klinikalarında hamilə qadınlara ilk qəbulda "yardım qovluğu" verilir: rayon rəhbərinin və yerli metropoliten rəhbərinin təbrik məktubu, eləcə də hamilə və doğuşdan sonrakı qadınlar üçün göstərilən dəstək növlərini təsvir edən buklet", deyə Moskvitina bildirib.

Onun sözlərinə görə, növbəti ayda hamilə qadınlar eyni qovluqda Patriarx Kirildən fərdi məktub almağa başlayacaqlar.

"İndi siz Allahın böyük möcüzəsinin baş verdiyi xüsusi bir vaxt yaşayırsınız: yeni bir insan dünyaya gəlməyə hazırlaşır. Həyatınızdakı bu taleyüklü hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm", deyə məktubda qeyd ediləcək.

2024-cü ilin yayında Patriarx Kirill bəyan edib ki, mənfi demoqrafik tendensiya ilk növbədə Kalininqrad vilayətinə aiddir. Onun fikrincə, belə bir tendensiya dayandırılmasa, hər şey eksponent olaraq inkişaf edir.

Patriarx vurğulayıb ki, region üçün əhali itkisi geosiyasi problemdir, çünki Kalininqrad vilayəti "Rusiyaya dost olmayan dövlətlərin əhatəsində olan" bir eksklavdır.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->