Dünya 15:11 23.05.2022

Polşa Rusiya qazından imtina etmək qərarı verdi

Polşa Nazirlər Kabineti Rusiya qazının tədarükü ilə bağlı müqaviləni vaxtından əvvəl ləğv etmək barədə qərar qəbul edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Polşa hökumətinin strateji enerji infrastrukturu üzrə komissarı Pyotr Naimski bu gün Polşa radiosunun efirində bildirib.

1993-cü ildən 2022-ci ilin sonuna qədər qüvvədə olan müqaviləyə əsasən, Polşa Rusiyadan ildə 10 milyon kubmetrədək qaz ala bilər. Beləliklə, respublikanın hakimiyyət orqanları bu müqaviləni yeniləməmək qərarına gəliblər. Bu haqda PRIME xəbər verib.

Bu arada, Polşada yeraltı qaz anbarlarının doluluq səviyyəsi mayın 19-na artıq 90%-dən çox olub. Mayeləşdirilmiş təbii qazın yenidən qazlaşdırılması güclərinin istifadəsi də 100%-ə yaxındır. Hazırda Polşanın yeraltı qaz anbarları 90,25% doludur. Onların tərkibində təxminən 3,18 milyard kubmetr var ki, bu da 2021-ci ilin eyni tarixi ilə müqayisədə təxminən iki dəfə çoxdur.

Bundan əvvəl "Qazprom” Polşanın "PGNiG” şirkəti borcunu rublla ödəmədiyinə görə qazın tədarükünü dayandırıb. Polşa aprelin 27-dən rublla yeni ödəniş sxeminə keçməkdən imtina etdiyi üçün Rusiya qazını birbaşa "Qazprom”dan almağı dayandırıb.
 
Alpər