Polşada ölkədə casusluq fəaliyyəti ilə məşğul olan Rusiya Federasiyası və Belarus vətəndaşı saxlanılıb.
Qaynarinfo Onet-ə istinadla xəbər verir ki, bu barədə Polşa xüsusi xidmət orqanlarının nümayəndəsi Stanislav Jarin
bildirib.
Polşa hərbi əks-kəşfiyyat xidməti şübhəliləri müəyyən edib, hərbi polis isə onları saxlayıb.
"Onların hər ikisi ittihamları dinləyiblər və məhkəmə üç ay müddətinə müvəqqəti həbs qərarı verib", - Jarin bildirib.
Spiker əlavə edib ki, aprelin 21 və 22-də saxlanılan şəxslər Rusiya xüsusi xidmət orqanlarının xeyrinə casusluq fəaliyyətində şübhəli bilinirlər.
"Polşaya qarşı Rusiya kəşfiyyatı adından çıxış edən bir rus və bir belarus Polşa Silahlı Qüvvələrinin fəaliyyətini, o cümlədən ordunun Polşa-Belarus sərhəd zonasında olmasını üzə çıxarmağa yönəlmiş fəaliyyətlər həyata keçirib", - Jarin bildirib.
Hərbi Əks-Kəşfiyyat Xidmətinin materialları əsasında araşdırmaya Varşava rayon Prokurorluğu tərəfindən başlanılıb.
Xatırladaq ki, martın 23-də Polşa casusluqda şübhəli bilinən 45 rusiyalı diplomatın ölkədən çıxarıldığını elan edib.
Rusiya Xarici İşlər Nazirliyi cavab olaraq 45 polşalı diplomatı persona non-qrata elan edib.
Alpər