Dünya 11:39 03.05.2022

Putin 9 mayda rəsmi olaraq Ukraynaya müharibə elan edə bilər

Rusiya prezidenti Vladimir Putin 9 mayda Ukraynaya rəsmi olaraq müharibə edə bilər. 

Qaynarinfo CNN-ə istinadən xəbər verir ki, bu barədə ABŞ və Qərb rəsmiləri bildirib.

Rusiya Ukraynanın şərqindəki hücumu ilə istədiyinə nail ola bilmir. Ona görə də gözlənilir ki, Putin 9 mayda Ukraynaya qarşı rəsmi müharibə elan etsin və bununla da tam səfərbərlik elanı edilsin, ehtiyat qüvvələr cəbhəyə cəlb olunsun. 

9 may Rusiyada faşizm üzərində tarixi "Qələbə günü” kimi qeyd olunur. Qərb rəsmiləri inanırlar ki, Putin bu günün simvolik əhəmiyyətindən və təbliğat dəyərindən istifadə edərək. həmin gün ya Ukraynada hərbi naliyyət əldə etməsi, ya da eskalasiyanı artırması barədə elan edəcək. 
 
İndi rəsmilər bir ssenari üzərində dayanıblar. Onların fikrincə, Putin 9 mayda Ukraynaya qarşı rəsmi müharibə elan edəcək.

"Düşünürəm ki, o öz "xüsusi əməliyyat”ından uzaqlaşacaq. O, "baxın bu artıq faşistlərə qarşı muharibədir və mənim daha çox insana ehtiyacım var" deyəcək", deyə Böyük Britaniya müdafiə naziri Ben Uolles keçən həftə bildirib.

Bu elan böyük ehtimalla müharibə leyhinə ictimai dəstəyi artıracaq. Bu, həmçinin Putinə Rusiya qanunları ilə ehtiyat qüvvələri və çağırışçıları mobilizasiya etməyə imkan verəcək. 

Qeyd edək ki, Qərb mənbələrinin məlumatına görə, Rusiya müharibədə indiyə kimi 10 mindən çox əsgər itirib. İndi ehtiyat qüvvələrə çox ehtiyacı var. 

Nurlan