Xəbər lenti

Putin indi atəşkəsə çətin razılaşa, çünki Rusiya irəliləyir -
Dünya 14:20 12.03.2025

Putin indi atəşkəsə çətin razılaşa, çünki Rusiya irəliləyir - "The Telegraph"

Rusiya lideri Vladimir Putin üçün ABŞ-ın dəstəklədiyi atəşkəs razılaşmasına razı olmaq asan olmayacaq, xüsusilə Rusiya qoşunlarının cəbhə xəttində irəliləməyə davam etdiyi bir vaxtda. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Telegraph"a açıqlama verən yüksək rütbəli Rusiya rəsmisi bildirib.  

"Putin üçün bunun hazırkı formasında razılaşması çətindir, – deyə adının açıqlanmasını istəməyən mənbə qeyd edib. - Putin güclü mövqeyə malikdir, çünki Rusiya irəliləyir".  

Ümumi hücum əməliyyatlarına baxmayaraq, Ukraynanın şərqində – əsas döyüşlərin getdiyi bölgələrdə Rusiya qoşunlarının irəliləyiş tempi son həftələrdə bir qədər yavaşlayıb.  
Fevral ayında Moskva 389 kvadrat kilometr ərazi üzərində nəzarətini genişləndirib ki, bu da yanvarda 431 km², 2024-cü ilin dekabrında 476 km² və noyabrda zirvə həddi olan 725 km² ilə müqayisədə daha azdır.  

Bununla belə, son dövrlərdə Rusiya Kursk vilayətində əhəmiyyətli irəliləyiş əldə edib. Xatırladaq ki, ötən yay Ukrayna qüvvələri həmin bölgəyə daxil olmuşdu. Çərşənbə axşamı Moskva 12 yaşayış məntəqəsini nəzarətə qaytardığını açıqlayıb.  

Digər yüksək vəzifəli rusiyalı mənbə atəşkəs təklifinin Kremlin tələyə salınması riski daşıdığını bildirib. Onun sözlərinə görə, dəqiq təminatlar və vədlər olmadan Putin üçün müharibəni rəsmi şəkildə dayandırmaq çətin olacaq.  

Moskvalı başqa bir mənbə isə atəşkəs razılaşmasını ABŞ və Ukrayna arasında hərbi dəstək və kəşfiyyat məlumatlarının mübadiləsini bərpa etmək məqsədilə pərdələnmiş bir manevr kimi xarakterizə edib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->