Xəbər lenti

Qanada prezidentliyə namizədlər arasında sülh sazişi imzalandı
Dünya 15:52 30.11.2024

Qanada prezidentliyə namizədlər arasında sülh sazişi imzalandı

Qərbi Afrika ölkələrindən olan Qanada 7 dekabrda keçiriləcək prezident seçkilərində iştirak edəcək 13 namizəd və siyasi partiya liderləri seçki öncəsi sülh sazişi imzalayıblar.

Qaynarinfo xəbər verir ki, paytaxt Akkrada Qana baş prokuroru Hakim Gertrud Sakki Torkornoonun təşəbbüsü ilə təşkil edilən tədbirdə prezidentliyə namizədlər, partiya liderləri və çoxsaylı qonaqlar iştirak edib.

Hakim Yeni Vətənpərvər Partiyasının (New Patriotic Party - NPP) namizədi və vitse-prezident Mahamudu Bavumiya sazişi imzalamazdan əvvəl ölkədəki qanunlara hörmətlə yanaşacaqlarını və işlərini buna uyğun şəkildə həyata keçirəcəklərini vurğulayıb.

Bavumiya barış şəraitində bir seçki keçirilməsini arzuladıqlarını qeyd edib: "Ümid edirəm ki, həm liderlər, həm də tərəfdarlarımız bu sülh sazişinə sadiq qalacaqlar".

Ana müxalifət Milli Demokratik Konqresin (National Democratic Congress - NDC) namizədi və sabiq prezident Con Dramani Mahama isə ölkədə barışı təşviq etmək üçün bütün tərəfdaşlarla əməkdaşlıq edəcəklərini bildirib.

Təxminən 34 milyon əhalisi olan Qanada 7 dekabr seçkilərində 13 namizəd prezident postu uğrunda mübarizə aparacaq. Ölkədə 18,7 milyondan çox seçicinin səs verməsi gözlənilir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->