"Qazprom” növbəti dəfə "Sibirin Gücü” qaz kəməri ilə Çinə gündəlik qaz nəqlinin tarixi maksimumunu yeniləyib.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya şirkətinin "Telegram" kanalında məlumat
verilib.
Noyabrın 25-də Çin tərəfinin Rusiya qazının "Sibirin gücü” qaz kəmərilə tədarükü ilə bağlı müraciəti yenidən gündəlik müqavilə öhdəliklərini aşıb. "Qazprom” bütün tələb olunan həcmləri çatdırıb və Çinə gündəlik qaz tədarükü üzrə yeni tarixi rekorda imza atıb”, deyə "Qazprom”un açıqlamasında bildirilir.
Təchizat "Qazprom" və CNPC arasında uzunmüddətli müqavilə əsasında həyata keçirilir. Bundan əvvəl "Qazprom”un İdarə Heyətinin sədri Aleksey Miller qeyd edib ki, 2023-cü ildə Çin müraciətlərinin müqavilə həcmini müntəzəm aşması səbəbindən əlavə tədarüklərin həcmi 600 milyon kubmetrə çata bilər.
Aydın
Şərhlər