Xəbər lenti

“Qəbələ” Konfrans Liqasına hazırlaşır: Komandada vəziyyət necədir? (MÜSAHİBƏ)
İdman 12:00 20.06.2022

“Qəbələ” Konfrans Liqasına hazırlaşır: Komandada vəziyyət necədir? (MÜSAHİBƏ)

Bu mövsüm Konfrans Liqasında Azərbaycanı təmsil edəcək "Qəbələ” artıq hazırlıqlara start verib. Bununla yanaşı, heyətə bir fubolçu da cəlb olunub. "Şamaxı”nın yarımmüdafiəçisi Felipe Santos növbəti mövsümdən "Qırmızı-qaralar”ın formasını geyinəcək. 

Komandanın baş məşqçisi Elmar Baxşıyev hazırlıq və qarşıdakı planlarla bağlı Qaynarinfo-ya müsahibə verib:

- Rəqibniz haqda hansı məlumatlara maliksiniz? Müqayisə etsək, "Qəbələ”nin "dişinə” görə sayılır?

- Hələ ki, daha çox fikrimizi hazırlığa və komandanın tez bir zaman komplektləşməsinə yönəltmişik. Vaxtımız var, qarşıdakı günlərdə rəqibi daha da analiz edəcəyik. Düzdür, analizlərə də başlamışıq, amma tam detallı olaraq deyil. Çünki onlarda həmin heyətin qalacağı, yaxud yeni futbolçular alıb-almayacaqları bilinmir. Əcnəbilərdən yığılmış kollektivdir. Heyətlərində çoxsaylı lkegionerlər var. Sürətli və təcrübəli komandadır.  

- Komanda bu görüşə hansı şəkildə hazırlaşır, ab-hava necədir?

- Ayın 15-dən Qəbələdə hazırlığa start vermişik. İlk gün əcnəbilərsiz başladıq. Sonradan demək olar, onalar da komandaya qoşulub. 

- Klub prezidenti Fariz Nəcəfov açıqlamasında bildirib ki, maliyyə dəstəyinin böyük hissəsi AFFA-dan olacaq. Bir də ki, cəmi iki transfer nəzərdə tutulub. Bu bir məşqçi kimi sizin üçün hansı çətinlikləri yarada bilər?

- Əlbəttə ki, heyət nə qədər geniş olsa, daha yaxşıdır. Büdcəni də nəzərə almalıyıq. Hansı mövqelərdə sıxıntılarımız varsa, onların üzərində dayanacağıq. 

- Artıq Felipeni heyətə qatmısınız. Bu futbolçunu hazırlığı hansı səviyyədədir?

- Felipe hələ komandaya qoşulmayıb. Qarşıdakı günlərdə gələcək. Amma bəyəndiyim futbolçudur. Düşünürəm ki, komandaya faydası çox dəyəcək. 

- Daha hansı mövqeyə transfer etməyi düşünürsünüz?

- Hələ ki, yenilik yoxdur. Dayaq yarımmüdafiəçisi və hücum mövqeyinə futbolçu axtarışlarımız davam edir. Felipedən əlavə iki futbolçu olacaq. Çox güman ki, elə dediyim mövqelər üzrə transfer edəcəyik. Yerli futbolçu olarsa, daha çox onun üzərində dayacağıq.

- Əvvəlki legionerləri komandada saxlamaq mümkün olacaq?

- Demək olar, Ruan Renato, İsnik Alimi, Rafael Utziq, Omar Hani və qapıçı Kristof Atanqana ilə müqaviləni yenilədik. Hələ ki, Stefan Vukçeviçin durumu sual altındadır.

- Vukçeviç özü getmək istəyir, yoxsa maliyyə məsələsində anlaşa bilmirsiniz?

- Əlbəttə ki, maliyyə baxımından razılığa gələ bilmirik. O, yaxşı futbolçudur. Sadəcə, verəcəyimiz məbləğ onu qane etməlidir. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->