Xəbər lenti

Qərb rəsmiləri Rusiya təmsilçisi G20-də çıxış edərkən zalı tərk etdi
Dünya07:12 21.04.2022

Qərb rəsmiləri Rusiya təmsilçisi G20-də çıxış edərkən zalı tərk etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya təmsilçisinin böyük 20-lər görüşündə çıxışı zamanı Amerika, Kanada və Britaniya nümayəndələri Rusiyaya etiraz əlaməti olaraq zalı tərk edib.
Qaynarinfo "Aljazeera” saytına istinadla xəbər verir ki, bu barədə Britaniya maliyyə naziri Rişi Sunak bildirib.
"Biz Rusiyanın Ukraynaya qarşı müharibəsini birgə pisləyirik və Rusiyanı cəzalandırmaq üçün daha güclü beynəlxalq əməkdaşlıq üçün çalışacağıq”, - deyə Sunak öz Twitter səhifəsində yazıb.
Rusiyanın Ukraynanın şərqinə qəddar hücumunu davam elətdirdiyi vaxtda Qərb ölkələri rəsmiləri rusiyalı həmkarları ilə ünsiyyətə girməkdən imtina edir. 
Amerika Maliyə Nazirliyinin rəsmiləri nazir Canet Yelenin G20 görüşündə Rusiya rəsmiləri ilə ünsiyyətdən yayınacağı bildirib.
Bundan əlavə, Amerika prezidenti Co Bayden Rusiyanın G20 üzvü kimi qalmamalı olduğunu bildirib.
Ağ Ev rəsmisi Cen Psaki isə Qərb rəsmilərinin Rusiyaya etiraz olaraq zalı tərk etməsini dəstəkləyib. "Bu Putin və Rusiyanın qlobal səhnədə təcrid olunduğu faktının göstəricisidir”, - o qeyd edib.
Nurlan Hüseynov