MAQATE-nin baş direktoru Rafael Grossi bildirib ki, Rusiya prezidenti Vladimir Putinin təhdidlərinə baxmayaraq, nüvə silahının istifadəsi üçün hələlik heç bir əsas yoxdur.
Qaynarinfo xəbər verir ki, bu barədə BR24 məlumat
yayıb.
"Düşünmürəm ki, indi biz Ukraynada müharibəni nəzərdə tuturuqsa, nüvə silahından istifadə üçün əsas görürük”, - o, Tokioda mətbuat konfransı zamanı deyib.
Xatırladaq ki, MAQATE-nin baş direktoru Rafael Grossi ötən həftə Soçidə Putinlə görüşüb.
Qrossinin sözlərinə görə, onlar Rusiya prezidenti ilə Zaporojye Atom Elektrik Stansiyasının nüvə təhlükəsizliyi məsələlərini və nüvə silahlarının yayılmaması sahəsində digər qlobal çağırışları müzakirə ediblər.
Rusiya mətbuatı yazıb ki, görüş 50 dəqiqə davam edib və böyük hissəsi qapalı olub.
Nizami Bağırov
Şərhlər