"Quba" daha bir basketbolçunun transferini gerçəkləşdirib.
Bu barədə Qaynarinfo-ya klubdan məlumat verilib.
Klub ABŞ-dən olan Kris Klarkla anlaşıb. Təcrübəli oyunçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Basketbolçu karyerası ərzində "Əl-Ənsər" (Səudiyyə Ərəbistanı), "London Lions" (İnigltərə), "Vestçester Kniks" (ABŞ), "Penyarol" (Uruqvay), Moldura Heat" (Avstraliya), "Kontern" (Lüksemburq), "Bolmar" (Boliviya), "Giessen" (Almaniya), "Avanti Mondorf" (Lüksemburq), "MK Lions" (İngiltərə), "Şəki" (Azərbaycan) klublarında oynayıb.
190 sm boya malik 40 yaşlı basketbolçu son olaraq "Naxçıvan"ın formasını geyinib.
Şərhlər