
Sosial şəbəkə Türkiyədəki giriş qadağasının qanuni əsasının olmadığı iddiasıyla məhkəməyə müraciət edib
"Twitter" Türkiyəni məhkəməyə verib.
Sosial şəbəkə Türkiyədəki giriş qadağasının qanuni əsasının olmadığı iddiasıyla məhkəməyə müraciət edib.
Bu barədə "Twitter"in Ümumi Hüquq Məsləhətçisi Vijaya Qaddi "Blog.twitter.com" ünvanından açıqlama verib. O qeyd edib ki, türk vəkillərlə araşdırma etdik və iddia qaldırmaq üçün məhkəməyə şikayət ərizəsi verdik:
"Türk hökumətinin Twitterə girişi qadağan etməsindən altı gün keçib. Bu müddət ərzində narahatlıqlarını dinləmək, platformumuzun necə çalışdığı barədə məlumat vermək və problemə bir həll tapa bilmək üçün türk rəsmiləri ilə görüşdük. Ancaq hələ də Türkiyədəki milyonlarla adamın, Twitterdən istifadəsinə icazə verilmir. Bu səbəblə Twitterə giriş qadağasına qarşı çıxmaq üçün son bir neçə gündür müxtəlif türk məhkəmələrində müstəqil türk vəkillərlə apardığımız araşdırmalardan sonra iddia açmaq üçün ərizə verdik. Qadağanın icrasının ləğvi üçün bizə Türkiyədən jurnalistlər, mütəxəssislər və beynəlxalq birlik də dəstək verir".
Xatırladaq ki, Türkiyədə dünyanın ən populyar sosial şəbəkələrindən sayılan “Twitter” bir həftə öncə bağlanılıb. Bu, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Bursa şəhərində keçirdiyi mitinqdən sonra olub. Məlumata görə, Ərdoğan mitinqdə, “"Twitter"in filanın, hamısının kökünü qazıyacağıq" deyib. Bundan bir neçə saat sonra, saat 23.34-də ölkədəki bəzi serverlərdən sosial şəbəkəyə girmək mümkün olmayıb. //ANS PRESS