Xəbər lenti

Ramazan ayında susuzluq böyrək daşlarını artırır – Mütəxəssisdən xəbərdarlıq
Sağlamlıq 16:30 27.02.2026

Ramazan ayında susuzluq böyrək daşlarını artırır – Mütəxəssisdən xəbərdarlıq

Ramazan ayında uzun müddət davam edən susuzluq böyrək daşlarının yaranma riskini yüksəldir.
 
Qaynarinfo xəbər verir ki, urologiya üzrə türkiyəli mütəxəssis Doç. Dr. Cevper Ersöz bildirib ki, kifayət qədər maye qəbul edilməməsi sidiyin tərkibin dəyişməsinə və kristal əmələ gəlməsinə zəmin hazırlayır. Ersöz iftar ilə sahur arasında ən az 2–2,5 litr suyun zaman-zaman qəbul edilməsinin vacibliyini vurğulayıb.

Ramazan ayında uzun müddət susuz qalmaq, iftar sonrası səhv içkilərlə bu ehtiyacı qarşılamağa çalışmaq böyrəyin sağlığına ciddi zərər verir. "Çox maye qəbul edirəm” düşüncəsi ilə su yerinə istehlak edilən qazlı içkilər, şəkərli meyvə şirələri və artıq çay-kofe bədənin ehtiyacı olan nəmliyi təmin etmədiyi kimi böyrək daşlarının əmələ gəlməsinə də səbəb olur.

Asidli və şəkərli içkilər suyun yerini tutmur

Əvvəl böyrək daşı əməliyyatı keçirmiş şəxslər, ailəsində böyrək xəstəsi olan xəstələr və əvvəllər daş düşürmüş xəstələr yüksək risk qrupuna daxildir. Bu şəxslər xüsusilə diqqətli olmalıdır. İftar ilə sahur arasında ən az 2–2,5 litr su qəbul edilməli və suyun gün ərzində zamana yayılması Ramazan dövründə böyük əhəmiyyət daşıyır. Asidli və şəkərli içkilər suyun yerini tutmur. Həmçinin işlənmiş, duzlu və artıq proteinli qidalardan uzaq durmaq tövsiyə olunur.

Aktiv daş xəstəliyi olan və ya yaxın zamanda bu xəstəliklə bağlı əməliyyat keçirmiş şəxslərin oruc tutmazdan əvvəl mütləq həkimlərinə müraciət etməsi vacibdir. Ürək bulantısı, qusma ilə başlayan bel ağrısı, sidikdə qan və ya hərarət kimi əlamətlər varsa, dərhal təcili yardım çağırılmalı və daha sonra uroloq tərəfindən qiymətləndirilməlidir.

Xəstələrin çoxunda kiçik daşlar öz-özünə düşə bilir. Lakin 4 millimetrdən böyük və düşməyən daşlar üçün müdaxilə tələb olunur. Belə hallarda adətən endoskopik üsullar tətbiq edilir və sidik kanalından daxil olaraq lazer ilə daşların parçalanması həyata keçirilir.
 
Günay
--> -->