Xəbər lenti

Ronaldo ayrılacağı təqdirdə Corcinaya nə verəcək? - Şərtlər açıqlandı
İdman 17:25 13.06.2023

Ronaldo ayrılacağı təqdirdə Corcinaya nə verəcək? - Şərtlər açıqlandı

Kristiano Ronaldo və Corciniya Rodriges nikah müqaviləsi imzalayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə İspaniya ünlü "Marca” nəşri "TV Guia”yə (Portuqaliya) istinadən yazır.

Bildirilir ki, sənəd 2017-ci ildə, Corcina onların böyük qızı Alana Martinadan hamilə olduğu vaxt imzalanıb. Sənədin hazırlanmasına Ronaldonun agenti Jorje Mendeş cavabdeh olub. 

Nəşr yazır ki, Ronaldodan ayrılacağı təqdirdə Kriştianonun Madriddəki malikanəsi Corcinanın mülkiyyətinə keçəcək. Bundan əlavə, portuqaliyalı ona ömürlük hər ay 100 min avro ödəyəcək.

O da qeyd olunur ki, ötən ilin iyununda yeni doğulan əkizlərdən birinin ölümündən sonra müqavilənin şərtləri dəyişdirilib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->