Xəbər lenti

Ronaldo söz-söhbətləri bitirdi (FOTO)
Maqazin 17:04 01.05.2023

Ronaldo söz-söhbətləri bitirdi (FOTO)

Kriştiano Ronaldo Corcina Rodrigezlə ayrılması ilə bağlı iddialara cavab verib.

Qaynarinfo-nun məlumatına görə, Ronaldo ilə Corcina arasında fikir ayrılığı olduğu və 8 illik münasibətlərinin bitmək üzrə olduğu iddia edilib. Corcina bu söz-söhbətlərə "Instagram" səhifəsində paylaşdığı mahnı ilə cavab verib və iddiaları təkzib edib. Həmçinin Ronaldo da eyni addımı atıb. 

Portuqaliyalı superulduz 580 milyon izləyicisi olan "Instagram" hesabında həyat yoldaşı ilə dodaq-dodağa öpüşmələrinin şəklini paylaşıb. Bununla da ayrılıq iddialarına son qoyub.

Ronaldonun Rodrigezin alış-verişə çox pul xərcləməsi üzündən narahat olduğu hətta münasibətklərin ayrılıq hədinə çatdığı bildirilirdi.

 
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->