Portuqaliyalı hücumçu Kriştiano Ronaldo ilə onun həyat yoldaşı Corcina Rodriges nikah müqaviləsi bağlayıb.
Qaynarinfo xəbər verir ki, sənədin fotosu sosial şəbəkələrdə yayılıb.
Müqavilədə qeyd olunur ki, tərəflərin hər biri nikaha qədər sahib olduğu, eləcə də nikahdan sonra əldə etdiyi əmlakı öz mülkiyyətində saxlayır. Əgər əmlak birgə alınarsa, hər iki tərəf onun sahibi hesab olunur. Nikah pozulduğu təqdirdə isə əmlakın bölünməsi proseduru həyata keçiriləcək.

Nikah mərasimi avqustun 11-də baş tutub. Bundan əvvəl futbolçu toyun 2026-cı il dünya çempionatından sonra və qapalı formatda keçiriləcəyini bildirmişdi. Buna səbəb Rodrigesin genişmiqyaslı mərasimləri sevməməsi idi.
Rodriges 11 avqust 2025-ci ildə "Instagram"da Ronaldo ilə evləndiyini açıqlayıb. O, üç daşla bəzədilmiş nişan üzüyünün fotosunu paylaşıb. Zərgər Aday Anandın fikrincə, üzük üçün təxminən 30 karatlıq D kateqoriyalı almazdan istifadə olunub. Zinət əşyasının ehtimal olunan dəyəri 5 milyon dollar təşkil edir.
Aydın
Şərhlər