Maqazin 17:07 17.02.2024

Ronaldonun həyat yoldaşı İranda qalmaqala səbəb oldu (FOTO)

 İran rejiminin mətbuata senzurası təsirsiz ötüşmür.

Qaynarinfo-nun məlumatına görə, İranda qadın haqları ilə bağlı məqalələr dərc edilən bir qəzet Kriştiano Ronaldonun həyat yoldaşı Corcina Rodrigezlə bağlı mübahisələrə səbəb olan şəkil yayımlayıb. Belə ki, şəkildə məşhur model bədən formasına görə senzuraya məruz qalıb. Portuqaliyalı ulduzun ad günü münasibətilə çəkdirdiyi ailə fotosunda Rodrigezin arxası kəsilib.

Ronaldo 39 yaşını övladları və həıyat yoldaşı Corcina ilə birlikdə qeyd edib. Səudiyyə Ərəbistanında klubu "Al-Nassr"ın ulduzu  sevgi mesajlarına pərəstişkarlarına təşəkkür üçün "İnstaqram" səhifəsində paylaşım edib və fotolardan birində model də görünüb. Ancaq İran rejiminin qəzeti olan "Həmşəhri" fotoda qara dar don geyinən modelin arxasının qabarıq hissəsini "əridib".  Bu hadisəni görən və sərt tənqidlə yayan Belçika parlamentinin üzvü Dərya Səfainin şikayətindən sonra sözgedən detal böyük müzakirələrə səbəb olub. 

Səfai X sosial şəbəkəsində şəklin orjinalı ilə kəsilmiş hissəsini müqayisə edərək yayımladığı postda "İslamçıların qadın bədəninə nə qədər xəstə olduğuna bir misal. İran rejiminin mətbuatı Ronaldonun həyat yoldaşı Corcina Rodrigezin arxasını senzuraya məruz qoyub.  Onlar modelin arxasının böyük bir hissəsini çıxardıqları şəkil dərc ediblər. Bu, tam olaraq belədir. İslamçılar qadınlara necə xəstə baxırlar. Buna görə də onları örtük və ya çarşaf altında görünməz etməyə üstünlük verirlər" - sözlərini yazıb. 

Kriştianonun İran rejimi ilə bağlı mübahisəyə qarışması ilk dəfə deyil. Portuqaliyalı Asiya Çempionlar Liqasında "Persepolis"ə qarşı oynamaq üçün ötən ilin sentyabrında "Al-Nassr"ın heyətində İranın paytaxtı Tehrana səfər edib. Matçdan əvvəl portuqaliyalı superulduz iranlı rəssam Fatimə Hamami ilə görüşüb və o, ona pərəstişkarı olduğu CR7-nin rəsmini hədiyyə edib. Hamaminin xahiş etdiyi bu görüşdə Ronaldo təşəkkür əlaməti olaraq fiziki qüsurlu qadını qucaqlayıb. Bu görüşün videosu tezliklə sosial şəbəkələrdə yayılıb və futbolçu üçün gözlənilməz nəticələrə səbəb olub. İranda yerli KİV-in məlumatına görə , çoxsaylı hüquqşünaslar bu hərəkətlə bağlı şikayətlər veriblər. Çünki İran qanunlarına görə, subay qadına toxunmaq qadağandır. KİV-in məlumatına görə, İran ədliyyə sistemi cəld reaksiya verib və Ronaldonu 99 şallaq cəzasına məhkum edib. Portuqaliya növbəti dəfə İrana səfər edərsə, cəza tətbiq olunacağı bildirilib. Sonradan İran portuqaliyalı ulduzu qınamaq niyyətini inkar etdiyi üçün sanksiya nəticəsiz qalıb.
 

 
 
 
 
 
Səbuhi Həsənov