Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan ATƏT-in Minsk qrupunun amerikalı həmsədri, ABŞ-ın Qafqaz danışıqları üzrə xüsusi nümayəndəsi Filip Rikörü qəbul edib.
Qaynarinfo bu barədə "Sputnik Ermənistan"a (SE) istinadla xəbər
verir.
Parlamentin mətbuat xidmətinin məlumatına görə, Rubinyan Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinin hazırkı mərhələsini və Ermənistanın mövqeyini təqdim edib. Görüş zamanı Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin əldə etdiyi razılaşmaların həyata keçirilməsinin vacibliyi qeyd edilib.
İki ölkə arasında sərhəd 1993-cü ildən Ankaranın təşəbbüsü ilə bağlıdır. Ölkələr arasında münasibətlərin çətinləşməsinə bir sıra hallar, xüsusən də Ankaranın Qarabağ problemində Azərbaycanın mövqeyini dəstəkləməsi və Osmanlı İmperiyasında 1915-ci il "erməni soyqırımının” beynəlxalq səviyyədə tanınması prosesinə Türkiyənin kəskin reaksiyası səbəb olur.
2021-ci ilin dekabrında Ermənistan və Türkiyə normallaşma danışıqları üçün xüsusi nümayəndələrini təyin ediblər. Ermənistan tərəfdən isə parlamentin vitse-spikeri Ruben Rubinyan, Ankaranı ABŞ-dakı keçmiş səfir Serdar Kılıç təmsil edir. Diplomatlar artıq dörd raund danışıqlar keçiriblər, birinci görüş Moskvada, digər üç görüş isə Vyanada keçirilib. Bundan əlavə, Ermənistanın baş naziri ilə Türkiyə prezidenti arasında ilk telefon danışığı iyul ayında baş tutub.
Alpər
Şərhlər