Xəbər lenti

Rumıniya silkələnir: Bu gün 5,7 bal gücündə zəlzələ baş verib
Dünya15:34 14.02.2023

Rumıniya silkələnir: Bu gün 5,7 bal gücündə zəlzələ baş verib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rumıniyanın Qorj bölgəsində 6,3 km dərinlikdə 5,7 bal gücündə zəlzələ baş verib. 
Qaynarinfo xəbər verir ki, bu barədə Rumıniyanın Yer fizikasının inkişafı üzrə Milli Tədqiqatlar İnstitutu bildirib.
Seysmoloqlar bu gün, fevralın 14-də saat 15:16-da (Bakı vaxtı ilə 17:16) zəlzələ qeydə alıblar. Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Xatırladaq ki, dünən seysmoloqlar Rumıniyada 5,2 bal gücündə zəlzələ qeydə alıblar. Bu da Qorj bölgəsində baş verib. 
Fevralın 6-da episentri Türkiyədə olan bir neçə güclü zəlzələ baş verib. O vaxtdan bəri bütün dünyada daha az maqnitudalı zəlzələlər qeydə alınıb - xüsusən də İsrail, Misir, İndoneziya, Gürcüstan, Qazaxıstan və Xəzər dənizində yeraltı təkanlar qeydə alınıb.
Nizami Bağırov