Xəbər lenti

Rus oliqarxlara qarşı sanksiyalar heç vaxt ləğv edilməyəcək - Nazirdən tarixi çıxış
Dünya08:50 19.03.2022

Rus oliqarxlara qarşı sanksiyalar heç vaxt ləğv edilməyəcək - Nazirdən tarixi çıxış

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Britaniyanın xarici işlər naziri Liz Truss hesab edir ki, rus oliqarxlarına qarşı tətbiq edilən sanksiyalar heç vaxt ləğv edilməyəcək.
Qaynarinfo xəbər verir ki, o, bu barədə "The Times” qəzetinə müsahibəsində bildirib.
"Bu, son dərəcə çətindir. Bu oliqarxlar Vladimir Putinə etdiyi işləri görməyə imkan veriblər. Əllərində qan var", - Truss deyir.
O, həmçinin rusiyalı oliqarx və "Çelsi”nin sahibi Roman Abramoviçin Böyük Britaniyaya qayıda bilməyəcəyini düşünür. "Mən elə bir şeyin mümkünlüyünü görmürəm", - nazir bildirib.
Britaniyalı diplomat deyib ki, Qərb Soyuq Müharibədən bəri Rusiyanı cilovlamaq üçün kifayət qədər iş görmədiyindən dərs almalıdır.
"Bu, Soyuq Müharibənin sonunda müdafiə xərclərimizi kəsdiyimiz zaman başladı. Düşünürəm ki, Qərb Bleyer illərində (Tony Bleyer - 1997-2007-ci illərdə 
Böyük Britaniyanın baş naziri – red.) öz ayıqlığını aşağı salmağa başladı və bu, indiyə qədər də davam edir. "Bir sıra dönüş nöqtələri var idi və hər an Qərb Putinin nə planlaşdırdığını ciddi qəbul etmirdi”, - Trass bildirib.
Trassın fikrincə, avtoritar rejimlərlə barışığa artıq son qoyulmalıdır.
"Son 20 ildə ticarət və iqtisadi artım üçün avtoritar rejimlərlə həddən artıq barışıq olub, həddən artıq diqqətsizlik, təhlükəsizlik hökm sürüb və müdafiəyə kifayət qədər diqqət yetirilməyib. Bu, ümumi problemdir... Ümumiyyətlə, azad dünya bizim azadlığımız və təhlükəsizliyimiz bahasına ucuz neft, ucuz elektronika, ucuz mallar əldə etməyə həddindən artıq diqqət ayırıb”, - Britaniya xarici işlər naziri deyib.
Alpər