Ultimate Döyüş Çempionatının (UFC) rusiyalı döyüşçüsü İrina Alekseyeva antidopinq qaydalarını pozduğuna görə bir il müddətinə diskvalifikasiya edilib.
	
Qaynarinfo xəbər verir ki, bu barədə UFC-nin mətbuat xidməti məlumat yayıb.
	
21 iyun 2023-cü il tarixində ABŞ Antidopinq Agentliyi (USADA) tərəfindən götürülmüş Alekseyevanın dopinq nümunəsində ekzogen mənşəli testosteron tapılıb. Diskvalifikasiya 2023-cü il oktyabrın 15-dən başlayır. 15 oktyabr 2024-cü ildə o, oktaqona qayıda biləcək.
 
	
15 oktyabr 2023-cü ildə rus qadın britaniyalı Melissa Dixonla rinqə çıxıb. Döyüş UFC Vegas 81 turniri çərçivəsində baş tutub.
	
Qarışıq döyüş sənətlərində Alekseyeva 7 döyüş keçirib, 5 qələbə qazanıb və 2 məğlubiyyət alıb.
	
Aydın
             
            
Şərhlər