Akademik Musiqili Teatrında Aleksandr Ostrovskinin "Cehizsiz qız” pyesi əsasında hazırlanan "Lara Martin's Jazz Club” tamaşasının premyerası keçiriləcək.
Qaynarinfo xəbər verir ki, tamaşa iyunun 21-də təqdim olunacaq. Rus tamaşaçıları üçün nəzərdə tutulan tamaşanın quruluşçu rejissoru İradə Gözəlova, layihənin bədii rəhbəri Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir.
"Lara Martin's Jazz Club"da baş rolun ifaçısı Əməkdar artist Nərgiz Kərimovadır. Tamaşada əməkdar artistlər Fərid Əliyev, Şövqi Hüseynov, Nahidə Orucova, aktyorlar Əliməmməd Novruzov, Rauf Babayev, Emil Heydərov iştirak edirlər.
Bahar
Şərhlər