"Rusiya Federasiyası hərbi sənaye müəssisələrində istehsalı artırır və 2029 və ya 2030-cu illərdə Avropa qitəsində böyük bir müharibəyə hazırlaşır".
Qaynarinfo xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski "Telegram"da yazıb.
Ukrayna liderir Rusiyaya daha çox təzyiq göstərilməli olduğunu qeyd edib:
"Döyüş meydanındakı vəziyyəti nəzərə alsaq, Rusiyanın dayanmaq istədiyini görmürük. Rusiya hərbi sənayesinə baxanda görürük ki, onlar istehsallarını artırırlar. Və bizim hesablamalarımıza görə, onlar bu müharibəni davam etdirmək istəyirlər".
Eyni zamanda, prezidentin sözlərinə görə, Rusiyaya çox təzyiq göstərilsə, rusların fasiləyə ehtiyacı olacaq.
"Amma etiraf etməliyik ki, onlar böyük bir müharibə istəyirlər, 2029 və ya 2030-cu illərdə Avropa qitəsində belə böyük bir müharibəyə başlamağa hazırlaşırlar. Biz bunu həqiqətən böyük bir çətinlik kimi görürük".
Dövlət başçısı əlavə edib ki, Ukraynadakı rus işğalçılarını necə dayandırmaq barədə düşünmək lazımdır:
"Amma eyni zamanda onların imkanlarını azaltmaq üçün hər şeyi edin. Onlara enerji mənbələrindən əldə edə biləcəkləri pulu verməyin. Və onlara silah verməyin. Beləliklə, bu, üzərində düşünməli olduğumuz bir problemdir".
Aydın
Şərhlər