Mayın 7-də Rusiya ordusu Odessaya 6 raket hücumu həyata keçirib.
Qaynarinfo UNIAN-a istinadən xəbər verir ki, bu barədə "Cənub” Əməliyyat Komandanlığından məlumat verilib.
Məlumata görə, Odessa 6 raketlə hücuma məruz qalıb. 4 raket özəl mebel istehsalı müəssisəsinə düşüb. Yaxınlıqdakı çoxmərtəbəli binalara ciddi ziyan dəyib. Raketlərdən biri daha əvvəl dağıdılmış Odessa hava limanının uçuş-enmə zolağına, digəri isə uçuş idarəetmə mərkəzinə düşüb.
"Zərbə baş verən yerlərdə xilasedicilər və əməliyyat-istintaq qrupları işləyir. Təxminən 900 kvadratmetr sahədə yanğın söndürülüb. Dağıntılar təmizlənir. İşə 60-dan çox xilasedici cəlb olunub", - deyə bildirilir.
Ölən və yaralanlar haqda məlumat verilmir.
Xəyal Abdullayev
Şərhlər