Xəbər lenti

Rusiyada təyyarə qəza enişi etdi: pilotlar öldü, 22 nəfər yaralandı (FOTO/VİDEO)
Dünya05:20 27.06.2019

Rusiyada təyyarə qəza enişi etdi: pilotlar öldü, 22 nəfər yaralandı (FOTO/VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyada An-24 sərnişin təyyarəsi qəza enişi edib.
Qaynarinfo yerli mediaya istinadən xəbər verir ki, hadisə Buryatiya Respublikasının şimalında baş verib. Hadisə zamanı 2 pilot ölüb, daha 22 nəfər xəsarət alıb. Yaralılardan 15-ə ambulator tibbi yardım göstərilib, daha 7 nəfər xəstəxanaya yerləşdirilib. 
Qeyd edilir ki, təyyarədəki 42 nəfər və 1 uşaq xilas edilib. Təyyarə Nijneanqarskdan Ulan-Udeyə uçurmuş. Hava maşını səmada olarkən mühərriklərdən birində nasazlıq ortaya çıxıb.
İlkin məlumata görə, təyyarə uçuş-enmə xəttindən 100 metr kənara çıxıb və təmizləyici qurğuların binası ilə toqquşub. Təyyarə bundan sonra yanmağa başlayıb.