İdman 14:16 02.03.2024

"Sabah"da xorvat baş məşqçi

Murad Musayevin istefasından sonra baş məşqçi axtarışına çıxan "Sabah”, nəhayət, istədiyi mütəxəssisi tapıb.

Qaynarinfo Sports.az-a istinadən xəbər verir ki, bu axşam Masazırda "Araz Naxçıvan"ı qəbul edəcək komandanın yeni çalışdırıcısı xorvatiyalı Krunoslav Renduliç olacaq.

50 yaşlı mütəxəssis 2018-ci ildən baş məşqçi kimi işləməyə başlayıb. O, ilk müddətdə vətənində "İstra 1961”, "Şibenik” və "Qoritsa” klublarını çalışdırıb. Baş məşqçinin son iş yeri isə 2022-23-cü illərdə Bosniya və Herseqovina "Zrinski”si olub. Komanda Renduliçin rəhbərliyi altında ölkə çempionluğu və kubokunu qazanıb.

Qeyd edək ki, Murad Musayevin istefasından sonra "Sabah”da baş məşqçi səlahiyətlərini müvəqqəti olaraq İqor Ponomaryov icra edib.