Dünya 14:01 04.01.2024

Sankt-Peterburqda mənfi hava temperaturu rekordu qırıldı

Sankt-Peterburqda 1950-ci ildəki gündəlik temperatur minimumu pozulub. Yanvarın 4-də şəhərin mərkəzində havanın temperaturu -25,3°C-ə düşüb. 

Qaynarinfo xəbər verir ki, bu barədə şəhərin baş sinoptiki Aleksandr Kolesov öz "Telegram" kanalında məlumat verib.

"Saat 8-9 arasında şəhərin mərkəzində havanın temperaturu -25,3°C-ə düşüb. Bundan əvvəl Leninqradda rekord şaxta 1950-ci ilin yanvarın 4-də qeydə alınıb - mənfi 25,1°C", deyə o, qeyd edib.

Sinoptikin məlumatına görə, Sankt-Peterburqda hazırda tempratur -25°C, cənub və şərqdə ətraf rayonlarda mənfi 27-28°C-dir. Leninqrad vilayətinin şimal-şərqində havanın temperaturu -36°C-ə düşüb. 

"Yanvarın 5-dən 6-dək siklonun təsiri altında biz yüngül qar yağacağını və temperaturun -15-20 dərəcəyə qədər yüksələcəyini gözləyirik", deyə Kolesov əlavə edib.

Aydın